Azərbaycanın daha 28 müəssisəsinə Rusiyaya alma ixrac etməyə icazə verilib

Azərbaycanın daha 28 müəssisəsinə Rusiyaya alma ixrac etməyə icazə verilib
# 05 fevral 2021 09:45 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 8 fevral tarixindən etibarən Azərbaycanın 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan məhdudiyyətləri ləğv edir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Rosselxoznadzor"un açıqlamasında deyilir.

Bundan əvvəl sözügedən icazə Azərbaycanın 10 müəssisəsinə verilmişdi. Beləliklə, hazırda 38 Azərbaycan şirkətinin Rusiyaya alma ixrac etməyə icazəsi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR