Azərbaycanın şəkər ixracından qazancı üç dəfədən çox artıb

Azərbaycanın şəkər ixracından qazancı üç dəfədən çox artıb
# 19 aprel 2021 10:40 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 9,03 mln. ABŞ dolları dəyərində 17 929,26 ton şəkər ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,1 dəfə və 2,5 dəfə çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,22% təşkil edib, bu da illik müqayisədə 0,15 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR