Bu il 407 mindən çox fermerə subsidiya ödənilib

Bu il 407 mindən çox fermerə subsidiya ödənilib
# 17 dekabr 2020 14:41 (UTC +04:00)

Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən müraciətlərə əsasən verilməyə başlandığı 2020-ci il ərzində dövlət 407 298 fermerə 232,092 mln. manatdan çox əkin subsidiyası ödəyib.

APA-Economics”in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, əkin subsidiyası 1,3 mln. hektara yaxın sahədə aparılmış payızlıq, yazlıq və çoxillik əkinlərə görə ödənilib. 38 fermer isə təkrar qarğıdalı əkininə görə 1,828 mln. manat subsidiya alıb.

Ötən müddət ərzində 37 807 fermerin Fermer Kartına 6 643 700 manat heyvan subsidiyası köçürülüb. Bu subsidiya fermerlərə süni mayalandırma yolu ilə əldə etdikləri 66 437 buzova görə verilib.

22 185 arıçı bəslədikləri arı ailələrinə görə 5 mln. manatdan çox subsidiya alıb.

4 955 kümçüyə 2,2 mln. manata yaxın barama subsidiyası ödənilib.

Pambıq, şəkər çuğunduru, quru və yaş tütün istehsal etmiş 19 min fermer məhsul subsidiyası üçün müraciət edib. Bu fermerlərə 34 mln. manat məhsul subsidiyası ayrılıb.

Toxum subsidiyası üçün müraciət edən toxumçular 75 min ton məhsul satdıqlarını bəyan ediblər. Onlara 5,5 mln. manat subsidiya məbləği hesablanıb.

Qeyd edək ki, hazırda 2020-ci ilin payızlıq əkinləri üzrə fermerlər əkin bəyanlarını EKTİS-ə daxil edirlər. Məhsul və toxum subsidiyaları üzrə ödənişlər davam edir. Subsidiya Şurası 2021-ci il üçün subsidiya əmsallarını və kvotaları təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR