Dağıstan Azərbaycana quş əti ixrac etmək niyyətindədir

Dağıstan Azərbaycana quş əti ixrac etmək niyyətindədir
# 09 iyul 2020 13:30 (UTC +04:00)

Dağıstanın Muxtar Respublikasında yeni yaradılan "Deria" ət emalı kompleksi istehsal etdiyi quş əti məhsullarının Azərbaycan və Qazaxıstana tədarükü üçün danışıqlar aparır. "APA-Economics" xəbər verir ki, bu barədə məlumatı Dağıstanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunur ki, investisiya layihəsinə nazirlik tərəfindən ayrılan 31,5 mln. rubl (445 min ABŞ dolları) qrant da daxil olmaqla, ümumilikdə 110 mln. rubl (1,6 mln. dollar) vəsait yatırılıb. Dövlət dəstəyi hesabına müasir texnoloji avadanlıqlar alınıb.

Hazırda yeni sınaq mərhələsində fəaliyyət göstərən müəssisə bir növbəyə 20 ton məhsul istehsal etmək qabiliyyətindədir.

Müəssisənin layihə gücünə çıxması ildə 525 mln. rubl (7,4 mln. dollar) dəyərində olan 5 min ton məhsul istehsalını təmin edəcək. Hazırda müəssisənin əsas fəaliyyəti quş ətinin istehsalı və konservasiyasıdır. 2021-ci ildə isə şirkət iri və xırdabuynuzlu heyvanların kəsmə məntəqəsinin işə salınması məqsədilə dövlətə müraciət etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR