Deputat buğda ununun satışının ƏDV-dən azad olunmasını təklif edib

Deputat buğda ununun satışının ƏDV-dən azad olunmasını təklif edib
# 01 fevral 2021 16:31 (UTC +04:00)

“Buğda ununun da satışını ƏDV-dən azad etməliyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, kəpəyin qiymətinin aşağı həddə qalması heyvandarlığın inkişafına şərait yaradır: “Buna görə Vergi Məcəlləsinə təklif edilən kəpəyin ƏDV-dən azad edilməsi müddətini daha çox götürməliyik”.

Deputat Fazil Mustafa da təklif edib ki, buğda idxalının vergidən azad edilməsi müddəti 1 il yox, daha çox götürülsə, yaxşı olar: “Buğda istehsalının artması üçün bu müddətin 3, 4, 5 ildək artırılması daha məntiqlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR