Dizelin bahalaşmasına görə subsidiyalar bu il fermerlərin kartlarına köçürüləcək

Dizelin bahalaşmasına görə subsidiyalar bu il fermerlərin kartlarına köçürüləcək
# 12 mart 2021 17:32 (UTC +04:00)

"Hər bir bitkinin əkin xüsusiyyətləri fərqli olduğuna görə, dizel sərfiyyatı da fərqlidir. Bunun əsasında aparılan hesablamalar nəzərə alınaraq, hər hektara görə fermerlərə ödəniləcək kompensasiyanın həcmi 20 manatdan 50 manatadək dəyişir".

"APA-Economics"in məlumata görə, bunu jurnalistlərə açıqlamasında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Fermerlərə subsidiyaların konkret verilmə mexanizminə gəldikdə, o qeyd edib ki, bu proses düzəlib, artımına görə veriləcək subsidiyada kompensasiya məbləği də ümumi subsidiyaların tərkib hissəsi kimi olacaq: "Subsidiyaların verilməsi ünvanlı şəkildə aparılacaq. Yəni misal olaraq, əgər fermer buğda əkirsə, 40 manat subsidiya alacaq, tərəvəz əkirsə, 20 manat subsidiya alacaq, şəkər çuğunduru əkirsə, 50 manat alacaq".

Öz növbəsində, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, fermerlərə subsidiyaların ödənişi ötən ilin dekabrında təsdiqlənən məbləğlər əsasında həyata keçiriləcək: "Əlavə olunan əmsallar artırıldığından oradakı fərqdən çıxan subsidiya məbləğləri cari il ərzində fermerlərin kartlarına köçürüləcək. Hazırda Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən tədqiqatlar aparılır, artan xərclər ümumi olaraq öyrənilir.

Bildiyiniz kimi, elə bitkilər var ki, onların xüsusiyyətlərində aqrotexniki qulluq qaydalarından asılı olaraq daha çox texnika cəlb olunaraq istifadə olunur, eləsi də var ki, daha nisbətən az istifadə olunur. Bu amillər nəzərə alınaraq, hər bitki üzrə subsidiyaların artırılması barədə yekun qərar qəbul olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR