Dizellə bağlı artan xərcləri kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsalları artırılıb - CƏDVƏL

Dizellə bağlı artan xərcləri kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsalları artırılıb - CƏDVƏL
  • Clock-gray 15:39
  • calendar-gray 12 Mart 2021

Aqrar Subsidiya Şurası fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsallarını artırıb.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır.

Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.

Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən edilib:

Bitki növləri

09.12.2020 təsdiqlənən  əkin əmsalı

Əkin subsidiyası (manat/ha)

Yanacağa görə əlavə (manat/ha)

Yeni əkin əmsalı

Cəmi əkin subsidiyası (yeni)  (manat/ha)

Buğda:

 

 

 

 

 

əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə görə

1,0

200

40

1.2

240

əkin sahələrinin 20 hektarından çox olan hissəsinə görə

0,8

160

20

0.9

180

Çəltik

1,4

280

40

1.6

320

Soya

1,3

260

20

1.4

280

Qarğıdalı

0,8

160

40

1.0

200

Darı

0,8

160

20

0.9

180

Sorqo

0,5

100

40

0.7

140

Digər dənli və dənli paxlalılar (arpa, covdar, vələmir, noxud, mərci və s.)

0,8

160

20

0.9

180

Qarabaşaq

0,9

180

40

1.1

220

Yer fındığı

0,9

180

40

1.1

220

Zəfəran

2,0

400

40

2.2

440

Günəbaxan:

1,0

200

40

1.2

240

Tütün

1,4

280

40

1.6

320

Pambıq

1.1

220

40

1.3

260

Şəkər çuğunduru

1,4

280

50

1.65

330

Kartof

1,2

240

40

1.4

280

Tərəvəz

1,2

240

20

1.3

260

Bostan bitkiləri

1,1

220

20

1.2

240

Yonca

0,25

50

20

0.35

70

Digər bitkilər

0,5

100

30

0.65

130

Üzüm:

 

 

 

 

 

  bağın salındığı ildən ilk 4 il ərzində

3,0

600

40

3.2

640

  4 ildən sonrakı illər üzrə

1,2

240

10

1.25

250

Çay:

 

 

 

 

 

  plantasiyanın salındığı ildən ilk 7 il ərzində

3,5

700

40

3.7

740

  7-ci ildən sonrakı illər üzrə

1,2

240

10

1.25

250

İntensiv meyvə bağları:

 

 

 

 

 

  bağın salındığı ildən ilk 4 il ərzində

3,5

700

30

3.65

730

  4 ildən sonrakı illər üzrə

1,2

240

10

1.25

250

Digər meyvə bağları

1,2

240

10

1.25

250

Giləmeyvəlilər

1,0

200

30

1.15

230

Təkrar əkinlər

0,3

60

26

0.43

86

Hüseyn Vəliyev

Digər xəbərlər