Dövlət Taxıl Fonduna daxili malgöndərənlərdən alınan buğdanın qəbulu üçün yeni prosedur müəyyənləşib

Dövlət Taxıl Fonduna daxili malgöndərənlərdən alınan buğdanın qəbulu üçün yeni prosedur müəyyənləşib
# 31 dekabr 2019 00:11 (UTC +04:00)

Nazirlər Kabineti “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məluamtına görə, Dövlət Taxıl Fondu Azərbaycan Respublikasının mülkiyyətidir və Fondda taxıl saxlanılır.

Bu Qaydaların məqsədləri üçün taxıl dedikdə, buğda nəzərdə tutulur. Qüvvədə olan Qaydalara əsasən, Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilir, onun idarə edilməsi, Fonda taxılın tədarük edilməsi, saxlanması və yeniləşdirilməsi səlahiyyətləri dövlət sifarişçisi kimi Fövqəladə Hallar Nazirliyi (Dövlət Sifarişçisi) tərəfindən həyata keçirilir. Nazirlər Kabineti Fonda taxılın tədarükü və Fonddan istifadəsi və yeniləşdirilməsi barədə müvafiq qərar qəbul edir və Dövlət Sifarişçisi tərəfindən həyata keçirilir. Dövlət Sifarişçisi tərəfindən Fonda taxılın saxlanması üçün qəbulu zamanı saxlanmaq üçün qəbul olunan taxılın bu Qaydalarda nəzərdə tutulan tələblərə uyğun olması, saxlanma məntəqələrində taxılın eyni növ, çeşid və keyfiyyət göstəricilərinə uyğun yerləşdirilməsinin zəruriliyi və Dövlət Sifarişçisi tərəfindən təsdiq edilmiş formada 2 nüsxədən ibarət qəbul aktının tərtib olunması nəzərə alınmalıdır.

Qaydalara əsasən, indiyə qədər qəbul aktının tərtib olunması üçün daxili malgöndərənlərdən tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən taxıla verilmiş uyğunluq sertifikatının surəti və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taxıla verilmiş daxili karantin sertifikatının surəti təqdim edilməli idi. Dəyişikliyə əsasən, bundan sonra qəbul aktının tərtib olunması üçün daxili malgöndərənlərdən alınan taxılın qəbuluyla əlaqədar yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən taxıla verilmiş daxili karantin sertifikatının surəti tələb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR