EKTİS vasitəsi ilə ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələr təqdim ediləcək

EKTİS vasitəsi ilə ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələr təqdim ediləcək
# 21 sentyabr 2020 16:24 (UTC +04:00)

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) strukturuna daxil olan altsistemlər vasitəsilə ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələr təqdim ediləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Müvafiq olaraq EKTİS-ə daxil edilən və ötürülən məlumatlar sırasına uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi barədə məlumatlar da daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR