FAO Avropa və Mərkəzi Asiya regionu üzrə heyvandarlıq strategiyasını təqdim edib

FAO Avropa və Mərkəzi Asiya regionu üzrə heyvandarlıq strategiyasını təqdim edib
# 26 fevral 2021 14:10 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Avropa və Mərkəzi Asiya region ölkələri üzrə sağlam və məhsuldar heyvandarlıq strategiyasını təqdim edib.

FAO-dan "APA-Economics"ə verilən məlumata görə strategiyanın məqsədi, kiçik sahibkarların heyvan sağlamlığı və istehsal təcrübələrini yaxşılaşdırmaq həmçinin antibiotiklərdən istifadə zamanı onların təhlükəsizliyini təmin etməkdir.

2020-2025-ci illəri əhatə edən strategiya FAO-nun bölgədəki üç əsas prioritet sahədəki fəaliyyətlərini əhatə edir: heyvan sağlamlığı, istehsal və antibiotiklərə qarşı mübarizə (AMR). Bununla bərabər sözügedən strategiya bu mövzu ilə əlaqədar yeddi məsələni: heyvan cins tərkibləri, ətraf mühitin dayanıqlılığı, kənd təsərrüfatı fəaliyyəti və digər beynəlxalq təşkilatlarla əlaqələri özündə əks etdirir.

Strategiya eyni zamanda rəqəmsallaşmanın yardımı ilə “yeni nəsil - ağıllı” əkinçilik və heyvanların monitorinqi kimi innovativ texnologiyalardan istifadə etməklə baytarlıq xidmətlərinin, fermerlərin və dəyər zənciri boyunca fəaliyyət göstərənlərin bu fəaliyyətə cəlb edilməsini təşviq edir.

Heyvandarlıq sahəsində istehsal, qidalanma keyfiyyəti, heyvan sağlamlığı, genetik potensial və əkinçilik təcrübələri də daxil olmaqla bir çox amillərdən asılıdır. Bu məqsədlə, strategiya FAO-nun bölgədəki işinin bir çox hissəsini, xüsusilə qidalanma və digər əsas amilləri təsvir edir: dayanıqlı otlaq idarəçiliyi, əsas yem mənbələri, yem və məhsul israfının azaldılması, ot və silos kimi yem keyfiyyətinin yaxşılaşdırılması və aqrar sənayedə hazırlanan məhsullardan faydalanmağı özündə ehtiva edir.

Sənəddə heyvandarlıq sahəsi ilə bağlı, kiçik və orta fermerlər üçün süd istehsalına dəstək, süni mayalanma, ölkəyə məxsus heyvan növlərinin müəyyənləşdirilməsi və izləmə sistemi, həmçinin məhsuldarlığın ölçülməsinə dair məlumatlar yer alıb. Bölgənin yerli heyvandarlıq cinslərinin zənginliyini nəzərə alaraq, strategiya onların qorunması və məhsuldarlığını artırmaq üçün əlavə dəyər olaraq xəstəliklərə qarşı müqavimət kimi yerli xüsusiyyətlərindən faydalanmaq üçün imkanlar təqdim edir.

Sözügedən sənəddə istehsalın səmərəliliyinin və dayanıqlılığının artırılması, həmçinin uşaqların qidalanmasının, qadınların qazanc əldə etmə potensialının və bu ekosistemin yaradılması ilə ailə təsərrüfatının və bağçılığın inkişaf etdirilməsinin vacibliyi vurğulanır.

Antibiotiklərə qarşı mübarizə dövrümüzün heyvandarlıq sektoru ilə sıx əlaqəli olan ən böyük problemlərindən biridir. Bu baxımdan, regional strategiya antibiotiklərə qarşı mübarizədə qlobal rol oynayır, bununla yanaşı uğurlu təcrübələrin təşviq edilməsinə, insanların məlumatlanmasına, monitorinq və antibiotiklərin istifadəsi ilə mübarizəyə, qida və kənd təsərrüfatında düzgün istifadəsinə töhfə verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR