FAO: Azərbaycanda bu il 3,2 mln. ton taxıl istehsal ediləcək - PROQNOZ

FAO: Azərbaycanda bu il 3,2 mln. ton taxıl istehsal ediləcək - PROQNOZ
# 03 iyul 2020 17:05 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni proqnozuna əsasən, bu il Azərbaycanda dənli bitkilərin istehsalı 7,8% azalacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə FAO-nun məlumatında deyilir.

Bildirilir ki, bu il Azərbaycanda 3,2 mln. ton taxıl istehsal ediləcək. Proqnozlara görə, onun 1,9 mln. tonu buğda istehsalına, 1,3 mln. tonu isə digər taxıl növlərinin payına düşəcək.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 716 682 hektar biçilmiş sahədən 2,2 mln. ton buğda yığılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR