Gürcüstan Azərbaycana 44 ton fındıq ixrac edib

Gürcüstan Azərbaycana 44 ton fındıq ixrac edib
# 22 fevral 2021 15:15 (UTC +04:00)

Gürcüstan 1 avqust 2020-ci il tarixindən 21 fevral 2021-ci il tarixinədək Azərbaycana 44 ton fındıq ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə Gürcüstan 86,1 mln. ABŞ dolları dəyərində 16,5 min ton fındıq ixrac edib. Ötən dövrlə müqayisədə ixrac edilən məhsulun həcmi 5,7 min ton və ya 53%, dəyəri isə 30,7 mln. dollar və ya 55% artıb.

Gürcüstanın ən çox fındıq ixrac etdiyi ilk üç ölkə Almaniya (4 342 ton), İtaliya (3 927 ton) və Çexiya (804 ton) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR