Gürcüstan Azərbaycana yerli məhsul ixracını 10%-dək azaldıb

Gürcüstan Azərbaycana yerli məhsul ixracını 10%-dək azaldıb
  • Clock-gray 11:33
  • calendar-gray 22 Dekabr 2020

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın yerli məhsullarının ixracının dəyəri illik müqayisədə 11,3% azalaraq 3 016,4 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin Hesabatında qeyd olunub.

Bildirilib ki, yerli istehsal məhsullarının ixracı ölkənin hesabat dövründəki ixracının 79,1%-ni təşkil edib. Gürcüstanın yerli istehsal məhsulları ixrac etdiyi əsas tərəfdaş ölkələri Çin (431 mln. dollar), Rusiya (360,3 mln. dollar) və Bolqarıstan (281 mln. dollar) olub. Yanvar-noyabr ayları ərzində Gürcüstanın əsas ixrac məhsulu mis filizi və konsentratları olub – 677,2 mln. dollar. Bu, ölkənin ümumi ixracının 30%-nə bərabər olub. Hesabat dövründə Gürcüstan 185,3 mln. dollar dəyərində üzüm şərabı ixrac edib ki, bunun da ölkənin ümumi ixracında payı 8,5% təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 72,7 mln. dollar dəyərində yerli istehsal olan mal və məhsul ixracı həyata keçirib ki, bu da illik müqayisədə 9,6% azdır. Gürcüstanın Azərbaycana yerli məhsullar ixracı ümumi ixracın 3,3%-ni təşkil edib.  Hesabat dövründə yerli istehsal məhsullarından Gürcüstandan Azərbaycana ən çox canlı iribuynuzlu mal-qara (12 706,44 min dollar), şəkər əlavəli süfrə suları (5 647,23 min dollar), sianid (5 mln. dollar), azotlu gübrə (4 702,94), ferro ərinti (4 841,8 min. dollar) və s. ixrac edilib.

Səid Babazadə

Digər xəbərlər