Gürcüstan bu il Azərbaycana 101 tondan çox şərab ixrac edib

Gürcüstan bu il Azərbaycana 101 tondan çox şərab ixrac edib
# 19 noyabr 2020 13:55 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 417,31 min ABŞ dolları dəyərində 101,38 ton üzüm şərabı ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik müqayisədə 297,44 min dollar və ya 41,6%, həcmi isə 12,92 ton və ya 11,3% azalıb. Belə ki, 2019-cu ilin ilk 10 ayı ərzində Gürcüstan Azərbaycana 714,75 min dollar dəyərində 114,30 ton üzüm şərabı ixrac edib.

"Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın şərab ixracının ümumi həcmi illik müqayisədə 8% azalaraq 163 118,6 min dollara bərabər olub. Üzüm şərabı ixracının Gürcüstanın ümumi ixracında payı 6% təşkil edib", - idarədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR