Gürcüstanın Azərbaycana şərab ixracı 28% azalıb

Gürcüstanın Azərbaycana şərab ixracı 28% azalıb
# 20 yanvar 2021 12:55 (UTC +04:00)

Ötən il Gürcüstan Azərbaycana 585.28 min ABŞ dolları dəyərində 142.01 ton üzüm şərabı ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

İxrac edilən məhsulun dəyəri illik ifadədə 229.37 min dollar və ya 28.1% azalıb, həcmi isə 6.06 ton və ya 4.45% artıb.

2019-cu ildə Gürcüstan Azərbaycana 814.65 min dollar dəyərində 135.95 ton üzüm şərabı ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR