Naxçıvanda Aqrar Sığorta Fondu yaradılıb

Naxçıvanda Aqrar Sığorta Fondu yaradılıb
  • Clock-gray 11:09
  • calendar-gray 09 Yanvar 2020

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmanda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasında “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılsın. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Fondun nizamnaməsini təsdiq etmək, Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək tapşırılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.

 

 

Firuzə Vahid

Digər xəbərlər