Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,3% artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,3% artıb
# 23 dekabr 2020 12:18 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasına 458 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 24202 ton, süd istehsalı 83067 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6%, süd istehsalı isə 1,5% artıb.

Qeyd edək ki, hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR