Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracına dair dövlət proqramı təsdiq edilib

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracına dair dövlət proqramı təsdiq edilib
  • Clock-gray 12:16
  • calendar-gray 29 Mart 2021

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 29-da “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

APA-Economics”in məlumatına görə, proqramın məqsədi muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalını, emalını və ixracını stimullaşdırmaq, kənd təsərrüfatı istehsalına əsaslanan ailə təsərrüfatlarını formalaşdırmaq və muxtar respublikada özünüməşğulluğu təmin etməkdir.

Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, istehsal olunan məhsulların ixrac potensialının artıracaq, kənd təsərrüfatının dayanıqlı inkişafını, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulmasını təmin edəcək.

Dövlət proqramında nəzərdə tutulan tədbirlər dövlət büdcəsinin vəsaitləri, o cümlədən qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.

 

Hüseyn Vəliyev

Digər xəbərlər