Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı yanvar-sentyabrda 3,6% artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı yanvar-sentyabrda 3,6% artıb
  • Clock-gray 15:25
  • calendar-gray 28 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında dəyəri 391,8 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,7% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 19 439,2 ton, süd istehsalı 73 608,3 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7%, süd istehsalı isə 1,6% artıb.

2020-ci ilin məhsulu üçün muxtar respublikada 63 405 hektar sahədə əkin aparılmışdır ki, bu da 2019-cu ilin məhsulu üçün əkilmiş sahədən 435 hektar çoxdur.

Hesabat dövründə 36 879 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 36 099 hektarı payızlıq, 780 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 26 293 hektarında buğda, 10 586 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 3 571 hektar artıb. Cari ildə taxıl zəmilərindən 115 649 ton məhsul tədarük edilib ki, bu da bir il öncəki göstəricidən 12 665 ton çoxdur.

2020-ci ildə Naxçıvanda 3 241 hektar sahədə kartof əkini aparılıb ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 13 hektar çoxdur. 1 oktyabr 2020-ci il tarixə 3 201 hektar sahədən 49 585 ton kartof yığılıb ki, bu da bir il öncəki göstəricini 0,9% üstələyir.

1 oktyabr 2020-ci il tarixə 118 min 16 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 4 629 ton dən üçün qarğıdalı, 364 ton dən üçün günəbaxan, 67 008 ton tərəvəz, 30 039 ton ərzaq üçün bostan məhsulları, 40 592 ton meyvə, 9 976,9 ton üzüm tədarük edilib. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.

Hüseyn Vəliyev

Digər xəbərlər