Naxçıvanda kənd təsərrüfatına yararlı torpaqların sahəsi 799 hektar artıb

Naxçıvanda kənd təsərrüfatına yararlı torpaqların sahəsi 799 hektar artıb
# 15 fevral 2020 10:55 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında 2020-ci il 1 yanvar vəziyyətinə torpaqların növləri, mülkiyyətçiləri və istifadəçiləri üzrə torpaq balansı” haqqında qərarı təsdiq edib.

APA-nın məlumatına görə, qərara əsasən, 2019-cu ildə mövcud 164 min 335 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin 54 min 422 hektarını əkin, 1977 hektarını çoxillik əkmələr, 3040 hektarını biçənək, 302 hektarını dinc, 104 min 594 hektarını isə örüş sahələri təşkil edib.

Əvvəlki ilə nisbətən 2019-cu ildə əkin sahəsi 1034, çoxillik əkmələr isə 304 hektar artdığına görə, 2020-ci il 1 yanvar vəziyyətinə suvarılan torpaqların sahəsi 62 min 231 hektar olub. Bu da ötən illə müqayisədə 799 hektar çoxdur. Bu artım Kəngərli və Şahbuz rayonlarında qapalı suvarma şəbəkəsinin qurulması, Babək, Culfa, Ordubad rayonlarında və Naxçıvan şəhərində meyvə bağlarının, üzümlüklərin salınması və həmin ərazilərin su ilə təmin edilməsi nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR