Nazir: "Gələn ildən Azərbaycanda fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək"

Nazir: "Gələn ildən Azərbaycanda fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək"
  • Clock-gray 11:25
  • calendar-gray 20 Dekabr 2019

"Gələn ildən Azərbaycanda fermerlərə subsidiyaların verilməsi yalnız elektron kənd təsərrüfatı sistemi ilə həyata keçiriləcək".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2019-cu ildə 430 min fermer elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçib. 270 min fermer isə payızlıq əkin üzrə bəyanatlarını bəyan ediblər.

"Cari ildə aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması subsidiyaların verilməsində insan amilini azaldacaq, aqrar xidmətlərə əlçatanlığı artıracaq, dövlət xidmətlərindən daha çevik istifadə edəcəklər, nəticədə fermerlərin gəlirləri artacaq", - deyə nazir bildirib.

İ. Kərimov onu da əlavə edib ki, son illər ÜDM-də kənd təsərrüfatının həcmi artmaqla yanaşı, bu tendensiya ixracda da müşahidə olunur: "2019-cu ildə kənd təsərrüfatı məhsullarının ixracında ötən illə müqayisədə əsaslı artım qeydə alınıb".

Nərmin Rəhimova

Digər xəbərlər