2020-ci ildə Gürcüstan Azərbaycana 13 838.42 min dollar dəyərində 5 583.94 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib. Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri 3 746 min dollar və ya 37% artıb, çəkisi isə 83.1 ton və ya 1.4% azalıb.
2019-cu ildə Gürcüstanın Azərbaycana 10 092.42 min dollar dəyərində 5 667.04 ton canlı iribuynuzlu mal-qara ixrac edib.