Rusiya Azərbaycana süd məhsullarının ixracını artırıb

Rusiya Azərbaycana süd məhsullarının ixracını artırıb
  • Clock-gray 11:46
  • calendar-gray 04 Dekabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fermentasiya olunmuş süd məhsullarının ixracı 5% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Rusiya ixracatçıları" portalında deyilir.

Qeyd olunub ki, hesabat dövründə Rusiya süd məhsullarının ümumi ixracının dəyəri 2019-cu ilin göstəricisini 25% üstələyərək 269,4 mln. ABŞ dollar, həcmi isə süd ekvivalentində 13% artaraq 633 min tona çatıb.

MDB ölkələri arasında Rusiyadan süd məhsulları əsasən Qazaxıstan, Ukrayna və Belarusa ixrac olunub ki, bu da ixracın təxminən 91%-ni təşkil edib.

Bu ilin 9 ayında Rusiyadan Azərbaycana fermentasiya olunmuş süd məhsullarının ixracı isə 5% artıb.

Qeyd olunan müddətdə Rusiya kəsmik ixracını 2% azaldıb. 2020-ci ildə pendir və kəsmik ilk dəfə süd məhsulları ixracında lider kateqoriyasına yüksəlib. Belə ki, hesabat dövründə Rusiyadan 67,9 mln. dollar dəyərində 21,4 min ton məhsul ixrac edilib.

Hüseyn Vəliyev

Digər xəbərlər