Rusiya Özbəkistandan pomidor və bibərin idxalına qadağa qoyub

Rusiya Özbəkistandan pomidor və bibərin idxalına qadağa qoyub
  • Clock-gray 14:15
  • calendar-gray 09 Dekabr 2020

Dekabrın 11-dən etibarən Özbəkistanın Kaşkadarya bölgəsindən Rusiyaya pomidor və bibərin gətirilməsinə qadağa tətbiq olunacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, pomidor məhsullarında qəhvəyi qırış virusu olduğu təsbit edilib.

Bundan başqa, Türkiyənin daha iki bölgəsindən – Trabzon və Hataydan ixrac edilən pomidorlara da qadağa qoyulacağı istisna edilmir. Belə ki, bir sıra hallarda məhsullarda Cənubi Amerika pomidor güvəsi və Qərbi Kaliforniya (çiçək) thripsləri aşkar olunur.

Bundan əlavə, "Rosselxoznadzor" tərəfindən Türkiyədən ixrac olunan pomidorlarda pepino mozaika virusları, pomidorun ləkəli solması (pomidor bronzlaşması), qəhvəyi qırışlar aşkar edilib.

Xatırladaq ki, həmçinin Azərbaycandan omidor və almanın, Ermənistandan isə pomidor və bibərin idxalına qadağa qoyub.

Hüseyn Vəliyev

Digər xəbərlər