Rusiyanın Krasnoyarsk vilayəti bu il Azərbaycana 9,6 min ton taxıl ixrac edib

Rusiyanın Krasnoyarsk vilayəti bu il Azərbaycana 9,6 min ton taxıl ixrac edib
  • Clock-gray 16:32
  • calendar-gray 09 Dekabr 2020

Bu il ərzində Rusiyanın Krasnoyarsk vilayətindən Azərbaycana 9,6 min ton taxıl ixrac edilib.

"APA-Economics"in "Rusiya İxracatçıları" vahid məlumat portalına istinadən verdiyi məlumata görə, ümumilikdə, 2020-ci ildə Krasnoyarsk vilayətindən taxıl ixracı 1,5 dəfə artıb.

Cari ildə vilayətdən 214,2 min tondan çox taxıl, onun işlənmiş məhsulları, kolza və kətan ixraca göndərilib ki, bu da 2019-cu ilin eyni dövrünün göstəricisindən 53% çoxdur. İxracın əsas həcmi buğdanın (122,3 min ton), kolzanın (69,3 min ton) və yulafın (18,5 min ton) payına düşüb.

Krasnoyarsk taxıl və kolza toxumunun əsas hissəsi Monqolustana (75,5 min ton taxıl və 7,7 min ton kolza), Çinə (21,8 min ton taxıl və 34,8 min ton kolza), Belarusa (15, 8 min ton kolza), Qazaxıstana (19,2 min ton taxıl və 10,9 min ton kolza), Qırğızıstana (16,1 min ton taxıl) və Azərbaycana (9,6 min ton taxıl) ixrac olunub.

Bu il bölgə fermerləri ilk dəfə Qırğızıstana buğda (16,1 min ton) və çovdar (1,2 min ton), Çexiyaya kolza toxumu (100 ton), Çinə isə kətan toxumu (120 ton) ixrac ediblər.

Hüseyn Vəliyev

Digər xəbərlər