Rusiyanın yaxın 5 ildə idxal etdiyi tərəvəzin payı 10%-ə enə bilər

Rusiyanın yaxın 5 ildə idxal etdiyi tərəvəzin payı 10%-ə enə bilər
  • Clock-gray 17:32
  • calendar-gray 26 Noyabr 2020

Növbəti 5 ildə Rusiya bazarında idxal olunan tərəvəzin payı 16%-dən 10%-ə enə bilər.

"APA-Economics"in məlumatına görə, bu proqnoz "Rosselxozbank"ın Sənaye Ekspertiza Mərkəzi tərəfindən verilib.

Analitiklərin fikrincə, 2019-cu ildə Rusiyaya 558 min ton pomidor və 100 min ton xiyar idxal edilib və 2025-ci ilədək bu məhsulların idxalı müvafiq olaraq 347 min ton və 36 min tona azala bilər.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, bu il istixana tərəvəzlərinin istehsalı 6,1% artaraq illik müqayisədə 1,25 mln. tona çatacaq ki, bu da rekord göstərici olacaq. "Rosselxozbank"ın Sənaye Ekspertiza Mərkəzi istixana komplekslərinin yerli operatorlarının istehsalını ildə orta hesabla 7% artırmağa davam edəcəyini gözləyir.

Ölkədə təzə tərəvəz istehlakı ildə təxminən 1% artacaq və 2028-ci ilədək adambaşına 115 kq-a çatacaq. Bu gün sözügedən rəqəm 109 kq səviyyəsindədir.

Qeyd edək ki, 2019-cu ildə Rusiya Azərbaycandan 188,6 mln. ABŞ dolları dəyərində 172 876,7 ton pomidor və 7,4 mln. dollarlıq 6,9 min ton xiyar idxal edib.

APA-Economics

Digər xəbərlər