Sahə baytarlıq məntəqələri ləğv ediləcək

Sahə baytarlıq məntəqələri ləğv ediləcək
# 22 aprel 2020 16:36 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki baytarlıq idarələrinin strukturuna daxil olan sahə baytarlıq məntəqələri ləğv ediləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki baytarlıq idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin idarələrin strukturuna daxil olan sahə baytarlıq məntəqələrinin 2022-ci ilin sonunadək mərhələli şəkildə ləğvi ilə bağlı tədbirlər görməlidir.

Qeyd edək ki, fərmana əsasən, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər arasında müqavilə bağlanması yolu ilə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR