Türkiyəli nazir: Region ölkələrində fermerlər üçün çətinlik yaradan məsələlərdən biri yanacaq təminatıdır

Türkiyəli nazir: Region ölkələrində fermerlər üçün çətinlik yaradan məsələlərdən biri yanacaq təminatıdır
# 04 dekabr 2019 11:43 (UTC +04:00)

Həm Türkiyə, həm də region ölkələrində fermerlər üçün çətinlik yaradan məsələlərdən biri yanacaq təminatıdır.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən tisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclasında çıxış edən Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli deyib.

Onun sözlərinə görə, yanacaq təminatı probleminin həll edilməsi çərçivəsində Türkiyə elektrik enerjisində işləyən traktorların yaradılması sahəsində böyük inkişaf əldə edib və regionda olan ölkələrlə bu təcrübə ilə bölüşməyə hazırdır.

B. Pakdemirli onu da qeyd edib ki, proqnozlara əsasən, 2050-ci ildə yer kürəsində əhalinin sayı 10 mlrd. yaxınlaşacaq və bu da o deməkdir ki, qida məhsullarının istehsalı da artacaq.

"Bu, kənd təsərrüfatı sahəsinin qabağında yeni çağırışlar qoyur", - deyə nazir əlavə edib.

Onun sözlərinə görə, İƏT kənd təsərrüfatı sahəsində regional əməkdaşlığın inkişafı və bu sahənin inkişafı üçün çox mühüm bir platformadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR