Türkiyənin meyvə-tərəvəz ixracı 5 mlrd. dollara çata bilər

Türkiyənin meyvə-tərəvəz ixracı 5 mlrd. dollara çata bilər
# 08 fevral 2021 13:25 (UTC +04:00)

Türkiyəni Egey bölgəsindəki ixracatçıları cari ildə 5 mlrd. ABŞ dollardan çox meyvə və tərəvəz ixrac etməyi planlaşdırırlar.

"APA-Economics"in “Anadolu”ya istinadən verdiyi məlumata görə, bunu Egey bölgəsinin Meyvə və Tərəvəz İxracatçıları Birliyinin rəhbəri Xeyrəddin Uçak deyib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, keçən il bir sıra kənd təsərrüfatı məhsullarının tədarükündə 25-35% artım qeydə alınıb: "Ötən mövsüm bol gilas və üzüm əldə olunub. Portağal istisna olmaqla, sitrus istehsalının azalacağı gözlənilmir".

Birliyin rəhbəri əlavə edib ki, 2020-ci ildə təzə meyvə və tərəvəz ixracatı 2019-cu illə müqayisədə 21%, meyvə-tərəvəz məhsullarının ixracı isə 8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR