Xaçmazda yeni fındıq emalı zavodu istismara veriləcək

Xaçmazda yeni fındıq emalı zavodu istismara veriləcək
# 05 aprel 2021 16:47 (UTC +04:00)

Xaçmaz rayonunun Xudat şəhərində yeni fındıq emalı zavodu istismara veriləcək. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ildə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dən çox iş yeri açılacaq.

İnvestisiya dəyəri 2,7 mln. manat olan layihəyə Nazirlik tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 mln. manat güzəştli kredit verilib.

Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR