Zaqatalada yeni fındıq emalı fabriki yaradılır

Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
# 05 mart 2021 17:19 (UTC +04:00)

Zaqatalada yaxın vaxtlarda yeni fındıq emalı fabriki istifadəyə veriləcək.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hazırda müəssisədə son tamamlama işləri aparılır.

İldə 7 min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri açılacaq. Ümumi investisiya dəyəri 34,3 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR