ADY “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

ADY “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirib
# 13 mart 2023 18:17 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları’’ QSC (ADY) “Heydər Əliyev ili” çərçivəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən və qurumun balansında olan yaşıllaşdırma zolağında ağacəkmə aksiyası keçirib.

APA-Economics” qurumun yaydığı məlumata istinadən xəbər verir ki, aksiyada ADY və qurumun törəmə şirkətlərinin 100-dən çox əməkdaşı iştirak edib. Ümumi sahəsi 2 hektar olan ərazidə 1000 ədəd zeytun ağacı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Qeyd edək ki, “Heydər Əliyev ili” çərçivəsində ADY tərəfindən tədbirlər planı təsdiq olunub və silsilə tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər planı çərçivəsində ulu öndərin təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə çağırışları əsas götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR