Ağdam sənaye parkına əlavə  9 mln. manat investisiya yatırılacaq

Ağdam sənaye parkına əlavə  9 mln. manat investisiya yatırılacaq
# 27 aprel 2022 17:03 (UTC +04:00)

Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazib.

Nazir bildirib ki, “Prof-Dam” MMC 2 hektar ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının istehsalı ilə məşğul olacaq.

"İnvestisiya dəyəri 9 mln. manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək",- nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR