Aİ: Azərbaycandakı aqro layihələrin həcmi 40 mln. avronu üstələyir

Aİ: Azərbaycandakı aqro layihələrin həcmi 40 mln. avronu üstələyir
# 27 yanvar 2022 10:29 (UTC +04:00)

Avropa İttifaqı yerli fermerləri dəstəkləyir və xüsusilə aqrar-turizm sektoruna diqqət göstərilir.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Aqro-Turizm İnvestisiya Forumu"nda deyib. Onun sözlərinə görə, Avropa ölkələri aqrar-turizm sahəsində güclü təcrübəyə malikdir və Azərbaycanla bu təcrübəni bölüşmək ilə yerli istehsalçıların gəlirlərini artıraraq Azərbaycanda sözügedən sahənin xarici turistlər üçün daha cəlb edici edir.

Aİ-nin ölkədəki səfiri bildirib ki, Aİ-nin Lənkərandakı həyata keçirdiyi aqro layihələrinin məbləği 40 mln. avro, hazırda gündəmdə olan aqrar-turizm layihənin məbləği isə 0,5 mln. avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR