AKİA bu il 719 fermerin 82 mln. manatlıq aqrobiznes layihələrini dəstəkləyib

AKİA bu il 719 fermerin 82 mln. manatlıq aqrobiznes layihələrini dəstəkləyib
# 17 iyul 2019 11:32 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 328 fermerə 11,35 mln. manat məbləğində güzəştli kreditlər ayırıb.

"APA-Economics"in məlumatına görə, bunu AKİA-nın bu ilin birinci yarısının yekunlarına dair keçirdiyi hesabat-konfransda çıxış edən qurumun sədri Mirzə Əliyev bildirib.

Onun sözlərinə görə, bundan əlavə, ötən dövr ərzində qurum tərəfindən 391 nəfərə ümumi dəyəri 70,7 mln. manat olan 1 432 ədəd kənd təsərrüfatı texnikasl satıb.

M. Əliyev qeyd edib ki, texnika alan fermerlərin adından 27,1 mln. manat məbləğində vəsait AKİA tərəfindən təchizatçılara subsidiya kimi köçürülüb, texnika alışı üçün 236 fermerə 12,67 mln. manat məbləğində güzəştli kredit ayrılıb.

"Əgər 2018-ci ilin ilk yarısında 62,8 mln. manatlıq kənd təsərrüfatı texnikası satılmışdırsa, bu il bu rəqəm 12% artaraq 70,7 mln. manat təşki edirb", - deyə M. Əliyev bildirib.

Göründüyü kimi, AKİA bu ilin ilk yarısında 719 fermerin 82,05 mln. manat dəyərində olan aqrobiznes layihələrini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR