AMB: Aqrar sahənin maliyyələşdirilməsi üzrə strategiya bu il hazır olacaq

AMB: Aqrar sahənin maliyyələşdirilməsi üzrə strategiya bu il hazır olacaq
# 01 fevral 2023 11:37 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) Aqrar Sığorta Sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayaraq həm Aqrar Sığorta Fonduna, həm də Kənd Təsərrüfatı Nazirliyinə təqdim edib.

"APA-Economics" xəbər verir ki, bunu AMB-nin Baş direktoru Toğrul Əliyev "Aqrobiznesin inkişafı forumu"nda çıxışı zamanı bildirib.

"Eyni zamanda, tanınmış beynəlxalq konsaltinq şirkəti olan "Makkenzi" şirkəti ilə Mərkəzi Bankın hal-hazırda davam edən layihəsi mövcuddur. Bu layihədə bank sisteminin inkişafı strategiyasına həsr olunmuş, bu çərçivədə aqrar sahənin maliyyələşdirilməsi üzrə mexanizmlərin yaradılması xüsusi yer alıb. Sözügedən strategiya bu ilin birinci yarısında hazır olacaq", - deyə Baş direktor əlavə edib.

Toğrul Əliyev onu da əlavə edib ki, Mərkəzi Bank tərəfindən qəbul edilmiş qaydalar irimiqyaslı layihələrin banklar tərəfindən maliyyələşdirilməsinə imkan verir. Postpandemiya dövründə artan iqtisadi aktivlik fonunda Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyi risklərini təhlil edib.

"İstehlak kreditləşməsi üzrə risklər, banklarda restruktrizasiya olunmuş kredit portfelindən irəli gələn risklər, habelə real sektorun maliyyələşdirilməsi ilə bağlı məqsədlər diqqətə alınaraq ehtiyatlarla bağlı, bankların kapital mövqeyinin gücləndirilməsi ilə əlaqədar bir sıra əhəmiyyətli dəyişikliklər həyata keçirilib. Ötən il Mərkəzi Bank tərəfindən qəbul edilmiş mühüm sənədlərdən biri də layihə maliyyələşdirilməsi üzrə kreditlərin tənzimlənməsinə dair qaydalar olub. Bu qaydalar irimiqyaslı layihələrin banklar tərəfindən maliyyələşdirilməsinə imkan verir", - deyə Baş direktor vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR