Aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqləri veriləcək

Aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqləri veriləcək
# 18 noyabr 2022 11:45 (UTC +04:00)

Aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqləri veriləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarının yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin əldə etdiyi gəlirin (mənfəətin) 50 faizinin gəlir (mənfəət) vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə azad edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR