Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forum keçiriləcək

Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forum keçiriləcək
# 26 yanvar 2023 13:14 (UTC +04:00)

Yanvarın 31-də Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forum keçiriləcək.

APA-Economics” Avropa İttifaqının (Aİ) yaydığı məlumata istinadən xəbər verir ki, Aİ-nin “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində baş tutacaq forum Azərbaycanda müvafiq sahə üzrə təcrübələri və yanaşmaları müzakirə etməyə, ümumi prioritetləri müəyyənləşdirməyə, aqrar məsləhət xidmətləri iştirakçıları arasında əməkdaşlıq və əlaqələndirməni gücləndirməyə imkan yaradacaq.

Qeyd edək ki, Avropa İttifaqı layihəsi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR