“Araz Vadisi İqtisadi Zonası”nda gömrük anbarlarının yaradılması müzakirə edilib

“Araz Vadisi İqtisadi Zonası”nda gömrük anbarlarının yaradılması müzakirə edilib
# 22 aprel 2022 16:32 (UTC +04:00)

İqisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarlarının yaradılması mövzusunda videoformat şəkilində görüş keçirilib.

"APA-Economics" xəbər verir ki, görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İctimai Birliyinin rəsmi nümayəndələri ilə yanaşı, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən FedEx, DHL, UPS, TNT, ASE Forwarding şirkətlərinin Azərbaycandakı təmsilçiləri də iştirak ediblər.

Tədbirdə logistik imkanlar baxımından əlverişli mövqedə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında məlumat verilib və yaxın vaxtlarda sənaye parkında gömrük anbarlarının açılması məsələlərinə dair müzakirələr aparılıb.

Görüşdə iştirak edən təşkilatlar və şirkətlər arasında birgə İşçi Qrupunun yaradılması və fəaliyyət planının hazırlanmasına dair qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR