Avropa Parlamentinin üzvləri Zəngilana səfər edəcəklər

Avropa Parlamentinin üzvləri Zəngilana səfər edəcəklər
# 30 iyun 2022 12:07 (UTC +04:00)

Avropa Parlamentinin üzvləri Azərbaycanın yaşıl enerji mənbələri, enerji səmərəliliyi, ağıllı kənd təsərrüfatı istiqamətində əldə etdiyi təcrübə ilə tanış olmaq üçün ölkəyə səfər edəcəklər.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfərlə bağlı niyyət Avropa Parlamentində Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin təqdimatı zamanı Parlamentarilər tərəfindən səsləndirilib.

Tədbirdə Avropa Parlamentinin özündə birləşdirən “Ağıllı kənd”lər üzrə parlament qrupunun 45 üzvü iştirak ediblər. Tədbirdə yaşıl enerji mənbələri, enerji səmərəliliyi, ağıllı kənd təsərrüfatı üsullarının istifadəsi ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Brüsseldə yerləşən Avropa Ağıllı Kəndlər Forumunun təşkilatçılığı və Belçikadakı Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilən növbəti təqdimatda Avropa Parlamentinin deputatları, Avropa Komissiyasının rəsmiləri, Belçikadakı diplomatik korpusun əməkdaşları, tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Növbəti tədbirdə Ağalı “Ağıllı kənd” layihəsini təqdim etmək məqsədilə Avropa Komissiyasının Xarici Fəaliyyət Xidməti, Qonşuluq Siyasəti və Kənd Təsərrüfatı üzrə Baş Direktorluqlarının rəsmiləri ilə görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR