Azad edilmiş ərazilərdə 50393 hektar sahədə səpin həyata keçirilib

Azad edilmiş ərazilərdə 50393 hektar sahədə səpin həyata keçirilib
# 04 iyun 2022 12:35 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə 2021-2022-ci təsərrüfat ili üzrə 50935 hektar sahədə şumlama işləri aparılıb və 50393 hektar sahədə səpin həyata keçirilib.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib.

May ayı ərzində Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Cəbrayıl və Qubadlı rayonundan olan fermerlərə məxsus arı ailələri həmin rayon ərazilərindəki yaylaqlara köçürülmüşdür. Arı ailələrinin, habelə heyvanların yaylaqlara köçürülməsi prosesi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR