Azad edilmiş ərazilərdə ilkin mərhələdə 128,8 min hektar əkin sahəsi müəyyən edilib

Azad edilmiş ərazilərdə ilkin mərhələdə 128,8 min hektar əkin sahəsi müəyyən edilib
# 17 mart 2023 11:25 (UTC +04:00)

Azad edilmiş ərazilərdə ilkin mərhələdə 128,8 min hektar əkin sahəsi müəyyən edilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialının dəqiqləşdirilməsi məqsədilə əkinaltı torpaqların və çoxillik əkmələrin naturada aparılmış tədqiqatlara uyğun olaraq, peyk təsvirləri əsasında vektorlaşması həyata keçirilib və EKTİS-in (Elektron kənd təsərrüfatı İnformasiya Sistemi) Coğrafi Məlumatlar Bazasına daxil edilərək xəritələşməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR