Ölkəyə bal məhsullarının idxalının məhdudlaşdırılması təklif edilir

Ölkəyə bal məhsullarının idxalının məhdudlaşdırılması təklif edilir
# 28 sentyabr 2019 11:25 (UTC +04:00)

Azərbaycan Arıçılar Assosiasiyası tərəfindən ölkəyə bal məhsullarının idxalını məhdudlaşdırmağa dair təkliflər irəli sürülüb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov dəyib. Onun sözlərinə görə, əlaqədar qurumlarla birgə ciddi araşdırmalar aparılıb sonradan hökumətə müvafiq təkliflər hazırlanacaq: “Bütövlükdə bütün dünya qlobal iqtisadi əlaqələrə malikdir. Yəni biz azad bazar iqtisadiyyatı formalaşdırırıq və bunun öz tələbləri var. Qeyd olunan məsələyə dair təklif verilib və Kənd Təsərrüfatı Nazirliyi olaraq biz bu təklifi araşdıracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR