Azərbaycan bölgələrindəki hava şəraiti kənd təsərrüfatında məhsuldarlığa təsir edib

Azərbaycan bölgələrindəki hava şəraiti kənd təsərrüfatında məhsuldarlığa təsir edib
# 01 iyun 2019 15:39 (UTC +04:00)

Bir neçə gün bundan qabaq bəzi bölgələrimizdə leysan yağışların və dolu düşməsi nəticəsində kənd təsərrüfatında məhsuldarlığa müəyyən qədər təsir göstərib. ONA-nın məlumatına görə, bunu Azərbaycanın kən təsərrüfatı naziri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, bu cür təbii fəlakətlərdə nəticəsində fermerlərə köməklik göstəriləcək: “Hazırda Milli Məclisdə də aqrar sığorta haqqında qanun layihəsi müzakirə olunur. Yəqin ki, sözügedən qanun bu yaxınlarda qəbul ediləcək”.

Nazir qeyd edib ki, layihə hazır olandan sonra fermerlərə dəymiş ziyan aradan qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR