Azərbaycan bu il 729 mln. dollarlıq yeyinti məhsulları idxal edib

Azərbaycan bu il 729 mln. dollarlıq yeyinti məhsulları idxal edib
# 18 iyul 2019 11:02 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 729 mln. ABŞ dollarına bərabər olub.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 12,2% çoxdur. Ümumiyyətlə, cari ilin birinci yarısında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 10,4% təşkil edib.

Qeyd edək ki, yeyinti məhsulları üzrə ən çox tələbat meyvə-tərəvəz və buğdaya olub.

Meyvə-tərəvəz məhsulları üzrə idxalın həcmi 101,4 mln. dollar təşkil edib və bu göstərici keçən ilin birinci yarısı ilə müqayisədə 13,5% artıb.

Xatırladaq ki, bu ilin ilk yarısında Azərbaycanın xarici ticarətində idxalın həcmi illik müqayisədə 50,5% artaraq 7 mlrd. dollardan çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR