Azərbaycan bu il taxıl sahələrini genişləndirib

Azərbaycan bu il taxıl sahələrini genişləndirib
# 23 oktyabr 2019 11:58 (UTC +04:00)

Azərbaycanda bu il 798 hektardan artıq sahədə taxıl əkilib ki, bu göstərici ötən ilin göstəricisindən çoxdur.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov deyib.

Onun sözlərinə görə, bu dinamika davamlı olacaq və ölkə özünün təminetmə nisbətini daha da artıracaq.

"İdxala gəldikdə, hazırda bunun həcmi barədə nə isə demək mümkün deyil. Hesab edirik, yerli istehsal əvvəlki illərə nisbətən artıbsa, deməli idxal da azalacaq", - deyə T. Qasımov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR