Azərbaycan buğda idxalını 8% artırıb

Azərbaycan buğda idxalını 8% artırıb
# 18 oktyabr 2022 12:38 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 262 milyon 66 min ABŞ dolları dəyərində 744 min 200.35 ton buğda idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 44%, həcmi isə 7,9% artıb. Qeyd edək ki, buğdanın dəyərinin həcmə nisbətən kəskin artması onun dünya bazarında bahalaşması ilə bağlı olub. Belə ki, ötən ilin doqquz ayında Azərbaycana idxal edilən buğdanın hər tonunun orta qiyməti 265 dollar olubsa, bu ilin eyni dövründə bu rəqəm 352,1 dollara kimi artıb.

Xatırladaq ki, bu ilin 9 ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,55%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR