Azərbaycan "AgroX" innovasiya proqramına start verir

Azərbaycan "AgroX" innovasiya proqramına start verir
# 14 may 2019 17:46 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi "Startup Azərbaycan" təşkilatı ilə birgə "AgroX" adlı inovasiya proqramına start verir. Bunu ONA-ya "Startup Azərbaycan" təşkilatının rəhbəri Osman Gündüz deyib.

Onun sözlərinə görə, proqramın əsas məqsədi aqrar yönümlü ideyaların təşviqi, dəstəklənməsi və aqrar startap ekosisteminin inkişafını stimullaşdırmasından ibarətdir.

"İştirakçıların proqramda qeydiyyatına sabahdan start veriləcək. Bu proqramın digərlərdən fərqi, onun böyük mükafat fondunun olmasıdır. Burada söhbət 12 min manatlıq mükafat məbləğindən gedir. Belə ki, birinci yerin qalibi 6 min manat, 2-ci yerin qalibi 4 min manat, 3-cü yerin qalibi isə 2 min manat qazanacaq", - deyə O. Gündüz qeyd edib.

Təşkilatın rəhbəri həmçinin bildirib ki, "AgroX" proqramı təkcə mükafatlandırmaqla kifayətlənmir. Belə ki, qalib layihələr akselerasiya və inkubasiya mərkəzlərinə yönəldiləcək və eyni zamanda nazirlik tərəfindən bu layihələrə lazımı dəstək veriləcək.

"Bu proqram nazirlik tərəfindən hər il təşkil olunacaq. Strateji məqsəd aqrar sektorda, aqrar yönümlü startapların inovasiya mühitini yaradılmasından ibarətdir”, - deyə O. Gündüz bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR