Azərbaycan Mari Eldən heyvandarlıq məhsullarının əsas idxalçısı olub

Azərbaycan Mari Eldən heyvandarlıq məhsullarının əsas idxalçısı olub
# 24 sentyabr 2021 16:31 (UTC +04:00)

Azərbaycan Rusiyanın Mari El Respublikasından ixrac olunan heyvandarlıq məhsullarının əsas idxalçı ölkələrindən biri olub.

"APA-Economics" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") regionlararası idarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə əsas idxalçılar Türkiyə, Litva, Latviya, Polşa, Macarıstan, Koreya, Serbiya, Belarus, Moldova, Azərbaycan və Qırğızıstan olub. Bu ölkələrə 1,5 min ton yem və yem qatqıları (ot yemi, maya yemi, protein yem qarışığı) göndərilib.

Ümumilikdə, 2021-ci ilin avqust ayında Mari Eldən 100-dən çox heyvandarlıq məhsulu ixrac edilib. İxrac olunan məhsulların ümumi çəkisi 14 min tonu üstələyib.

Bundan əlavə, təxminən 37 ton quşçuluq məhsulları Ukrayna, 900 tondan çoxu isə Çin tərəfindən alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR