Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
# 16 oktyabr 2019 11:41 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə dəyəri 389,8 mln. ABŞ dolları dəyərində 390,2 min tona yaxın meyvə-tərəvəz ixrac edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixrac olunmuş meyvə-tərəvəzin dəyəri 47,3 mln. dollar və ya 13,8%, həcmi isə 23,2 min ton və ya 6,3% artıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunmuş meyvə-tərəvəz mallarını əsasən tomat (134,1 min ton), meşə fındığı (16,4 min ton), alma (55,1 min ton) və xurma (27,1 min ton) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR